İngiltərə Premyer Liqası 30 apreldə bərpa olunmayacaq

27 Mart 2020 03:40 (UTC+04:00)

İngiltərə Premyer Liqası koronavirus səbəbindən 30 apreldə bərpa olunmayacaq.

SİA "Daily Mail"ə istinadən xəbər verir ki, İngiltərə Futbol Liqası klublarına yaranan vəziyyətlə əlaqədar çempionatın aprelin sonunda davamının qeyri-mümkünlüyü bildirilib.

Mövsümün bərpası ilə bağlı yeni tarixin İngiltərə Futbol Liqasının klubların nümayəndələri ilə görüşündən sonra elan ediləcəyi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Premyer Liqanın iyunun 1-i bərpa olunacağı və 6 həftə ərzində tamamlanacağı xəbərləri yayılıb.