Dünyada yeni növ koronavirusa yoluxanların sayı 500 mini ötüb

27 Mart 2020 01:03 (UTC+04:00)

Dünyada yeni növ koronavirusa yoluxanların sayı iki gün ərzində 100 mindən çox artaraq 500 mini ötüb.

SİA "TASS" a gentliyinə istinadən xəbər verir ki, hazırda dünyada COVİD-19 virusuna ən az 504 min yoluxma halı qeydə alınıb, onlardan 4,59 faizi (23 132 nəfər) ölümlə nəticələnib.

Koronavirus 150-dən çox ölkəyə yayılıb. Birinci yerdə hələ də pandemiyanın pikinin artıq keçdiyi Çin qalır, ardınca İtaliya, ABŞ, İspaniya, Almaniya, İran və Fransa gəlir.