Özbəkistanda Elmi-Tədqiqat Virusologiya İnstitutunun 11 həkimi koronavirusa yoluxub

27 Mart 2020 00:23 (UTC+04:00)

Özbəkistanda koronavirus xəstələrinin müalicə olunduğu Elmi-Tədqiqat Virusologiya İnstitutunun 11 həkimi yeni növ koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev koronavirusla mübarizə tədbirlərinə dair keçirdiyi videoselektor müşavirəsində məlumat verib.

Dövlətin başçısı deyib ki, həmin həkimlər 100 milyon sum (10,5 min dollar) məbləğində birdəfəlik kompensasiya alacaqlar.

Xatırladaq ki, Özbəkistanda koronavirusa yoluxanların sayı 65 nəfərdir.