Sabunçu rayonunda 45 yaşlı şəxs bıçaqlanıb

27 Mart 2020 00:44 (UTC+04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

45 yaşlı Ceyhun Dadaşov naməlum şəxslərlə mübahisə zəminində bıçaq xəsarətləri alıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.