İtaliyanın koronavirusla bağlı səhvləri sadalandı

26 Mart 2020 18:53 (UTC+04:00)

İtaliyada koronavirusla mübarizədə problem yaranmasına və yoluxanların sayının belə artmasına səbəb infeksiya mənbəyinin tapılmamasıdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu İtaliyada kömək edən Çin mütəxəssis-epidemioloqların ikinci qrupunun rəhbəri Syu Yunsin söyləyib.

Mütəxəssisin fikrincə, bir çox insanın özlərində koronavirusun olub-olmamasını yoxlaması üçün testdən keçməməsi bu vəziyyətə səbəb olub. Qeyd olunub ki, bundan əlavə, ölkədə test üçün reagentlər və tibb işçiləri yoxdur.
Koronavirus ilə əlaqəli İtaliyanın problemləri arasında həkim, başqaları üçün təhlükəli olan onsuz da xəstələnmiş koronavirus xəstələri üzərində nəzarətin olmamasını da qeyd edib.
Syu Yunsin, Çin epidemioloqlarının İtaliyaya səfərinin koronavirusla mübarizədə kömək edəcəyinə ümid etdiyini bildirib. Mütəxəssislər lazımi maddi qaynaqları, eləcə də ənənəvi Çin təbabətinin dərmanlarını özləri ilə gətiriblər. Gələcəkdə onların fəaliyyəti ən ağır vəziyyət qeydə alınan bölgələrdə cəmləşəcək.