Seymur Orucov Prezidentin təşəbbüsünə qoşulub

26 Mart 2020 18:21 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov cənab Prezident İlham Əliyevin təşəbbüsünə qoşulub. SİA-nın verdiyi məlumata görə, ölkə başçısının müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edərək, "COVID-19" pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə dəstəyini nümayiş etdirib.