İlk G20 virtual sammitinin fotosu yayımlanıb

26 Mart 2020 18:00 (UTC+04:00)

Videokonferensiya yolu ilə tarixdə ilk dəfə olaraq keçirilən G20 sammitinin fotosu yayımlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu fotonu Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi öz Twitter səhifəsində yayımlayıb.

Xatırladaq ki, Ər-Riyadın başçılıq etdiyi sammitdə koronavirus pandemiyası ilə mübarizə tədbirləri müzakirə olunur. Görüşdən sonra ortaq bəyanat qəbul ediləcək.
G20 virtual görüşü İspaniya, İordaniya, Sinqapur və İsveçrə liderlərinin iştirakı ilə də keçirilir.