Oyun zalından oğurluq edən şəxslər tutuldu

26 Mart 2020 15:55 (UTC+04:00)

Gəncə şəhəri ərazisindəki oyun zallarının birindən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 1-də Gəncə şəhəri ərazisindəki oyun zallarının birindən 3 ədəd televizor və eyni sayda oyun aparatı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri S.Mahmudov və əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıblar.