Mağazadan oğurluq edildi

26 Mart 2020 15:40 (UTC+04:00)

Nəsimi rayonu ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 24-də rayon ərazisindəki mağazaların birindən 2 ədəd mobil telefonu soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Cabbarov və S.Xəlilzadə saxlanılıb.