Avtomobilləri qarət edən şəxslər tutuldu

26 Mart 2020 14:00 (UTC+04:00)

Sabunçu rayonu ərazisində "Opel" və "KİA" markalı iki avtomobildən oğurluq etməkdə şübhəli bilinən H.Güliyev və İ.Quliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 23-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadına məxsus "Opel" markalı avtomobildən 2 ədəd mobil telefon, habelə içərisində 370 manat pul və qızıl əşyalar olan çantanı və əcnəbi vətəndaşa məxsus "KİA" markalı avtomobildən 180 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar H.Güliyev və İ.Quliyev saxlanılıb.