Azərbaycanda atılan addımlar riskləri minimuma endirməyə imkan verir - AÇIQLAMA

26 Mart 2020 12:55 (UTC+04:00)

"Dövlət tərəfindən qəbul edilən qərarlar və atılan addımlar hər biri qənaətbəxşdir. Xüsusən də digər ölkərin həyata keçirdiyi tədbirlər fonunda. Bu tədbirlər bir neçə həftə bundan öncə tətbiq olunmağa başlayıb. Baxmayarq ki, bir çox, hətta inkişaf etmiş dövlətlər bizdən də bir qədər sonra bu addımları atmağa başlayıb". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O, bildirib ki, "New York Times" qəzetinin dünən yayımlanan buraxılışında online xəritə dərc olunub: "Həmin xəritədə Azərbaycan koronavirusun yayılma sürətinə görə ən aşağı göstəricilərə malik ölkədir. Baxmayaraq ki, Azərbaycan koronavirusun episentri hesab edilən İranın həmsərhəddində yerləşən ölkədir. Buna görə də Azərbaycan üçün təhlükə daha yaxındır, lakin Azərbaycanda atılan addımlar, görülən tədbirlər riskləri minimuma endirməyə imkan verir".
Politoloq bildirib ki, lakin əsas məsələ ondan ibarətdir ki, bu məsələdə hər şey dövlətdən asılı deyil: "Burada cəmiyyətin şüurlu davranışından çox şey asılıdır. İnsanlar hər biri fərd olaraq qarşıya qoyulan tələblərə lazımı şəkildə əməl etməlidirlər. Evdən çıxmamağı, yaşlı insanların karantin vəziyyətini tam tətbiq etməsi, gigiena qaydalarına tam riayət edilməsi kimi halları buna misal göstərmək olar".

İ.Vəlizadə vurğulayıb ki, pandemiyanın daha da geniş vüsət almamsı üçün cəmiyyətin üzvləri bir-birlərinə qarşı diqqətli olmalı və yardım göstərməlidirlər: "Bu baxımdan maarifləndirmə işləri davam etdirilməlidir. Düşünürəm ki, vəziyyətin ciddiyətini anlamayan və qaydalara əməl etməyən şəxslərə dövlət tərəfindən hətta bir qədər sərt addımlar atılmalıdır. Çünki bəzi hallarda yenə də insanların ictmai yerlərdə sıxlığı müşahidə olunur. Həmçinin ictimai nəqliyyatlarda da sıxlıq var. Bu hallar insan həyatını təhlükəyə atır. Koronavirusun yayılma sürətini ən azından hazırki vəziyyətdə saxlaya bilmək üçün bu halların minimuma endirilməsi lazımdır".