Məscidlərdə 51 nəfərin öldürülməsində ittiham olunan Brenton Tarrant - İttihamları qəbul edib

26 Mart 2020 12:17 (UTC+04:00)

Yeni Zelandiyanın Kristçurq şəhərindəki Nur və Linvud məscidlərinə silahlı hücum nəticəsində 51 nəfərin ölümünə səbəb olan və 49 nəfəri yaralayan Brenton Tarrant ona qarşı irəli sürülən bütün ittihamları qəbul edib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Kristçurq Yüksək Məhkəməsində hakim qarşısına çıxan 29 yaşlı Avstraliyalı Tarrant ona qarşı irəli sürülən bütün ittihamları qəbul edib. Bunlardan 51-i qətl, 40-ı cinayətə təşəbbüs, biri də terror aktı olmaqla bütün ittihamları qəbul edib.

Hakim Cameron Mander, Tarrant ittihamların hər birinə görə ayrı-ayrı hökm oxunub. Bundan əlavə, hakim Mander "Sözügedən qəbul cinayət işinin tamamlanmasında çox vacib bir addımdır" deyə vurğulayıb.

Məhkəməyə Oklend şəhərindəki həbsxanadan səs-vizual bağlantı vasitəsilə iştirak edən və reaksiyasız olduğu görülən təcavüzkar vəkilləri vasitəsi ilə Çərşənbə axşamı etdiyi müraciətdən sonra iyunda keçirilməsi nəzərdə tutulan məhkəmə erkən baş tutub və məhkəmə prosesi bir neçə dəqiqə çəkib.

Xatırladaq ki, Tarrant əvvəllər ittihamları rədd edirdi.