Ermənistanda koronavirusa yoluxanların sayı 300 nəfərə çatır

26 Mart 2020 12:06 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 290 nəfərə çatıb.

Erməni KİV-lərinə istinadən məlumata görə, son sutka ərzində 25 nəfər virusa yoluxub.

Qeyd olunur ki, 272 şəxs müalicəsini davam etdirir.

Ümumilikdə 1 440 nəfər testdən keçirilib.