Azərbaycan İstiqlal Muzeyi də nəcib təşəbbüsə qoşulub

26 Mart 2020 17:17 (UTC+04:00)

Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları vətəndaşlarımızın sağlamlığının qorunması naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndiriyi çağırışa qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Muzeydən SİA-ya bildirilib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və ora olan ianələr bizim birliyimizin, həmrəyliyimizin göstəricisidir. Bu, dövlətimizin öz vətəndaşlarının sağlamlığına böyük qayğısının bariz nümunəsidir.