Plenar iclasdan öncə deputatlar tibbi yoxlanışdan keçiriləcək

26 Mart 2020 10:56 (UTC+04:00)

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasından öncə deputatlar tibbi yoxlanışdan keçiriləcək. SİA-nın məlumatına görə, deputatlar koronavirus təhlükəsi ilə əlaqədar tibbi yoxlanışdan keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası martın 30-da baş tutacaq.