Rusiyanın hərbi təyyarəsi Qara dənizə düşüb

26 Mart 2020 10:13 (UTC+04:00)

Rusiyanın "Su-27" hərbi təyyarəsi Qara dənizə düşüb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi təyyarə dənizdə plan üzrə uçuş edərkən qəzaya uğrayıb.

Məlumata görə, pilotların axtarışı davam edir.