BMT Baş katibi: "Milyonlarla insan həlak olacaq!"

26 Mart 2020 10:08 (UTC+04:00)

BMT Baş katibi Antonio Quterreş koronavirus pandemiyasının bütün bəşəriyyəti təhdid etdiyini bildirib. SİA xəbər verir ki, o, ölkələri birliyə səsləyib.

Onun sözlərinə görə, əgər ölkələr işbirliyi qurmasalar və tədbir görməsələr, milyonlarla insan həlak olacaq:

"Hazırda dünya koronavirusla mübarizədə çox asta hərəkət edir. Amma indi kimisə ittiham etməyin məqamı deyil. Qarşısını ala bilməsək, bu virus milyonlara insana yoluxacaq və onların həyatına son qoyacaq".

Qeyd edək ki, BMT Baş katibi Antonio Quterreş koronavirusdan dolayı planetin bütün ərazisində savaş və qarşıdurmaların dərhal və tam şəkildə dayandırılması üçün çağırış edib.