İrəvan Dövlət Azərbaycan Dram Teatrı da təşəbbüsə qoşulub

26 Mart 2020 09:36 (UTC+04:00)

C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbərliyi və kollektivi də dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulublar.

Teatrdan SİA-ya bildirilib ki, sənət ocağının rəhbərliyinin aylıq əməkhaqqından könüllülük prinsipi əsasında ayırdığı vəsait Fonda ianə edib.