Fatih Terim səhhəti ilə bağlı mesaj paylaşıb

26 Mart 2020 01:16 (UTC+04:00)

Koronavirusa yoluxan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim "Tvitter" hesabından mesaj paylaşıb.

SİA xəbər verir ki, türk mütəxəssis durumunun yaxşı olduğunu bildirib:

"O qədər gözəl və özəl duyğuların içərisindəyəm. Hər duanı ürəyimdə hiss edirəm. Bu, hamımız üçün bir imtahanadır. Dualarınızla, gözəl diləklərinizə bu imtahandan çıxacağıq. Yaxşıyam və inşallah daha yaxşı olacağam. Əlim ürəyimdə hər birinizə təşəkkür edirəm".