Türkiyədə yeni növ koronavirus infeksiyasından ölənlərin sayı 59 nəfərə çatıb

26 Mart 2020 03:34 (UTC+04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı 59 nəfərə çatıb.

SİA xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, martın 25-də daha 15 xəstə dünyasını dəyişib. Hazırda 2433 nəfər bu infeksiyadan müalicə olunur. Martın 25-də ölkə üzrə 5035 şübhəli üzərində test aparılıb. Onlardan 561 nəfərdə koronovirus aşkar olunub.