Kriştiano Ronaldo və Jorje Mendeş koronavirus pandemiyası ilə mübarizəyə dəstək olublar

26 Mart 2020 00:12 (UTC+04:00)

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo və meneceri Jorje Mendeş koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo və Mendeş Portuqaliyada pandemiya ilə mübarizə aparan xəstəxanalara 1 milyon avro məbləğində yardım ediblər.

Daha əvvəl “Barselona”nın kapitanı Lionel Messi və “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da pandemiya ilə mübarizə üçün maddi yardımla yadda qalmışdılar.