Bakının Xətai rayonunda mənzildə meyit aşkar olunub

25 Mart 2020 23:57 (UTC+04:00)

Bakının Xətai rayonunda mənzildə meyit aşkar olunub.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.