Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fonda ianə ayırıb

25 Mart 2020 16:17 (UTC+04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 9200 manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul edib. Mərkəzdən SİA-ya verilən məlumata görə, vəsait mərkəzin əməkdaşları üçün nəzərdə tutulmuş aylıq mükafat fondu hesabına toplanıb. Həmçinin BMTM-in idarə heyətinin sədri Fərid Şəfiyev bir aylıq əməkhaqqını fonda ianə edib.

Mərkəzin əməkdaşları dünyada yayılmış koronavirus infeksiyası ilə mübarizə çərçivəsində Azərbaycan hökumətin tərəfindən aparılan tədbirlərə dəstəklərini ifadə ediblər.