Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

25 Mart 2020 15:55 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri cənab Teruyuki Katorini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

SİA-ya bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Səfir Teruyuki Katori diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərinin hazırkı vəziyyəti, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində məmnunluqla danışdılar.
Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd etdi.

Tərəflər, eyni zamanda hazırda dünyanın mübarizə apardığı yeni növ koronavirus pandemiya ilə mübarizə məsələləri və bu xüsusda dövlətlər tərəfindən həyata keçirilən tədbirlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi apardılar.

Elmar Məmmədyarov səfir Teruyuki Katorinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.