Afət Fərmanqızından ilginc hərəkət VİDEO

25 Mart 2020 16:26 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə müraciət edib.

ÜST bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmaqla həyatları xilas etməyə çağırıb: "Təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın"

SİA-nın məlumatına görə, bu müraciətə əməl edən sadə vətəndaşlar arasında məşhurların da adları yer alıb. Həmin tanınmışlar sırasında müğənni Afət Fərmanqızı da olub. Belə ki, o, sosial şəbəkədə video yayımlayaraq 3 ay evdən çölə çıxmayacağını bildirib. İfaçı hətta söyləyib ki, mağazaya belə getməmək üçün 200 ədəd lavaş alıb.