Vladimir Putin Kiyevə gedib

13 Aprel 2011 07:38 (UTC+04:00)

Bu gün Rusiya Federasiyasının baş naziri Vladimir Putin Kiyevə səfər edib. SİA-nın xəbərinə görə, V.Putin Ukrayna ilə RF arasında iqtisadi sahədə, o cümlədən energetika sahəsində əməkdaşlıq məsələlərini, həmçinin postsovet məkanında inteqrasiya proseslərində Ukraynanın iştirakının perspektivlərini müzakirə edəcəkdir.

Ukrayna paytaxtında Rusiya hökumətinin başçısının Prezident Viktor Yanukoviçlə və baş nazir Nikolay Azarovla görüşləri planlaşdırılır.