Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Cavad Zərif arasında telefon danışığı olub.
SİA xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Rusiya Xarici İşlər naziri ölkəsinin İranla ticari-iqtisadi əlaqələri, investisiya layihələrini inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.
Sergey Lavrov qeyd edib ki, Rusiya Vaşinqtonu müvafiq ölkələrin COVID-19 pandemiyası ilə tam mübarizəsinə mane olan qeyri-insani sanksiyaları dərhal ləğv etməyə çağırır.
XİN başçıları Suriya və Əfqanıstandakı vəziyyət və digər beynəlxalq gündəmdə aktual olan mövzular ətrafında fikir mübadiləsi aparıblar.