"Barselona" qapıçısı Ştegenlə yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib

24 Mart 2020 04:12 (UTC+04:00)

"Barselona" qapıçısı Mark-Andre ter Ştegenlə yeni müqavilə üçün razılaşa bilməyib.

SİA "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu 27 yaşlı qolkiperə mövsüm üçün`6.5 milyon avro maaş olmaqla 2024-cü ilədək sözləşmə təklif etsə də, o, bununla razılaşmayıb.

Almaniyalı qapıçı komandada qalmaq istəsə də, klubun təklif etdiyi maaşın onu qane etmədiyi bildirilir. Ter Ştegen oyuna ondan az çıxan oyunçulara müqavilənin müddətini uzatmaq üçün daha sərfəli təklif edildiyini düşünür.

İspaniya mətbuatı "Barselona"nın Ter Ştegenə daha yüksək məbləğdə maaş vermək imkanında olmadığını, lakin klub prezidenti Jozef Bartomeunun qapıçı ilə müqaviləni uzatmaqda israrlı oduğunu yazıb.

Qeyd edək ki, 2014-cü ildən "Barselona"da çıxış edən Ter Ştegenin klubla sözləşməsi 2022-ci ilin yayına qədərdir.