"Real"ın daha bir sabiq prezidenti koronavirusa yoluxub

24 Mart 2020 06:47 (UTC+04:00)

"Real"ın sabiq prezidenti Fernando Martin koronavirusa yoluxub.

SİA "Marca"ya istinadən xəbər verir ki, onun koronavirus testinin cavabı müsbət olub. 72 yaşlı keçmiş futbol funksioneri Madriddəki xəstəxanaya yerləşdirilib.

F.Martin 2006-ci ildə 2 ay müddətində "kral klubu"nun prezidenti olub.

Qeyd edək ki, "Real"ın daha bir sabiq prezidenti Lorenso Sans martın 21-də 76 yaşında koronavirus xəstəliyindən dünyasını dəyişib.