Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınır

24 Mart 2020 01:40 (UTC+04:00)

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınacaq.

SİA xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin idarə heyətinin üzvü Dik Pound "USA Today"ə müsahibəsində deyib.

O, Beynəlxalq Olimpiya Komitəsinin bununla bağlı tezliklə rəsmi açıqlama verəcəyini bildirib: "Olimpiadanın təxirə salındığını demək olar. Konkret hansı tarixdə olacağı hələ dəqiqləşməyib. Amma oyunların 24 iyulda başlamayacağını deyə bilərəm".

Qeyd edək ki, Tokio-2020-nin iyulun 24-dən avqustunda 9-dək keçirilməsi nəzərdə tutulub.