Milan Şkrinyar Slovakiyada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib

24 Mart 2020 02:48 (UTC+04:00)

İtaliyanın “İnter” futbol klubunun müdafiəçisi Milan Şkrinyar Slovakiyada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.

SİA Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, jurnalistlər və məşqçilər arasında keçirilmiş sorğuda ikinci yeri “Nyukasl”ın qapıçısı Martin Dubrovka tutub. “Dalyan İfan”ın yarımmüdafiəçisi Marek Hamşik isə üçüncü olub.

Bratislavanın “Slovan” klubunu çalışdıran Yan Kozak isə Slovakiyada ilin ən yaxşı məşqçisi elan olunub.