Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Prezidentinin təşəbbüsünə qoşulub

23 Mart 2020 16:32 (UTC+04:00)

Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşulub. SİA-nın verdiyi məlumata görə, belə ki, Fondun rəhbərliyi və əməkdaşları əməkhaqlarının bir hissəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Mənəvi Dəyərlərin Təbliği Fondu Koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün hər bir vətəndaşımızı şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırır.