Koronavirusa yoluxanların sayı 800-ə yaxınlaşıb Pakistanda

23 Mart 2020 14:21 (UTC+04:00)

Pakistanda koronavirusa 799 yoluxma faktı qeydə alınıb. SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, bu virusa ən çox Sind əyalətində yoluxublar - 352 nəfər. Pəncabda 225, Bəlucistanda 108, Qilqit-Baltistanda 71, İslamabadda 11 nəfər koronavirusa yoluxub. Ölkə üzrə 5 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

Pakistanın Baş Naziri İmran Xan ölkə vətəndaşlarını zərurət olmadıqda küçəyə çıxmamağa və bununla da koronavirusla mübarizədə hökumətə yardım etməyə çağırıb.

Ölkədə kütləvi tədbirlərin keçirilməsi də dayandırılıb.