Bakıdakı dünya çempionatı təxirə salındı

23 Mart 2020 13:37 (UTC+04:00)

Bakıda keçirilməsi planlaşdırılan Aerobika Gimnastikası üzrə 16-cı Dünya Çempionatı təxirə salınıb. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyası məlumat yayıb. Bildirilib ki, yarışın təxirə salınması "COVID-19" pandemiyası ilə əlaqədardır.

Qeyd edək ki, beynəlxalq turnirin 14-16 may tarixlərində Bakıda keçirilməsi planlaşdırılırdı.