Kanada və Avstraliya Tokio Yay Olimpiya Oyunlarında iştirak etməyəcək

23 Mart 2020 10:40 (UTC+04:00)

Kanada və Avstraliya koronavirusun yayılması ilə əlaqədar Tokio Yay Olimpiya Oyunlarında iştirak etməyəcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə hər iki ölkənin Milli Olimpiya Komitəsinin yaydığı bəyanatlarda bildirilib.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 24 iyul - 9 avqust tarixlərində keçirilməsi planlaşdırılır.