İsmayıllı rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.