Çexiyada yeni növ koronavirusdan (COVİD-19) ilk ölüm halı qeydə alınıb.
SİA "aa.com.tr" xəbər saytına istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin səhiyyə nazirinin müavini Roman Prımula deyib.
R.Prımula bildirib: "95 yaşlı kişi "Na bulovtse" xəstəxanasında dünyasını dəyişib. O, intensiv terapiya şöbəsində yerləşdirilməmişdi. Onun bir çox xəstəliyi olub. Mən onun birbaşa COVİD-19-dan öldüyünü deməzdim. Lakin statistikaya uyğun olaraq bu, Çexiyada koronavirus səbibilə ilk ölüm halı sayılır".