Rusiyada raket-artilleriya zavodunun sursat anbarında partlayış baş verib

22 Mart 2020 19:30 (UTC+04:00)

Bu gün Rusiyada raket-artilleriya zavodunun sursat anbarında partlayış baş verib.

SİA "gazeta.ru" saytına istinadən verdiyi məlumata görə, Murmansk yaxınlığında, Roslyakovo mikrorayonunda yerləşən zavodun anbarında baş verən partlayış nəticəsində 5 hərbçi yaralanıb.

Yaralılardan 2-nin durumu ağır, 3-ü isə orta-ağır vəziyyətdədir. Partlayışdan sonra yanğın baş verməyib.

İlkin versiyaya görə, partlayışa səbəb sursatla ehtiyatsız davranışdır.