Nigeriya millisinin sabiq futbolçusu Corc İfeanyi avtomobil qəzasında ölüb.
SİA xəbər verir ki, 26 yaşlı hücumçunun idarə etdiyi “İnfiniti” yük maşını ilə toqquşub.
“Enuqu Reyncers” klubunda çıxış edən futbolçunun avtomobilində daha iki şəxs olub. Onlardan biri İfeanyinin komanda yoldaşı olsa da, sərnişinlərin durumu barədə məlumat verilməyib. Qəza koronavirus pandemiyası üzündən Nigeriya çempionatı dayandırıldığından futbolçular evlərinə yollanarkən baş verib.