COVİD 19-la mübarizədə sabunun effektivliyinin İZAHI

21 Mart 2020 17:00 (UTC+04:00)

Xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis, immunoloq Vladimir Jemçuqov sabunun COVID-19 ilə mübarizədə niyə təsirli olduğunu izah edib. SİA-nın xəbərinə görə, mütəxəssis bildirib ki, əl sabunu koronavirusdan qorunmaq üçün ideal seçimdir: " Çünki onun (koronovirus - Ed.) tərkibində olan lipid komponentləri virusun yuyulması üçün mükəmməl vasitədir".

Bədənin hər gün sabunla yuyulmamasına diqqəti çəkən Jemçuqov qeyd edib ki, bədəni hər gün sabunla yumaq qoruyucu təbəqənin yuyulmasına səbəb ola bilər.

O vurğulayıb ki, əllər tez-tez yuyulduğu zaman silikon əlavələri olan qoruyucu kremdən və A vitamini ilə qidalandırıcı maddələrdən istifadə edilməlidir.