Fransada koronavirusun yayılması səbəbindən Kann kinofestivalının vaxtı dəyişdirilib

20 Mart 2020 05:50 (UTC+04:00)

Fransada koronavirusun yayılması səbəbindən Kann kinofestivalı may ayında keçirilməyəcək.

SİA "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat yayıb. Hazırda festivalın iyunun sonunda – iyulun əvvəlində keçirilməsinə dair müzakirə aparılır.