Minsk metrosunda baş vermiş partlayış nəticəsində zərər çəkənlər arasında azərbaycanlı da var. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov SİA-ya veridiyi açıqlamasında bildirib ki, bu milliyyətcə azərbaycanlı olan Rusiya vətəndaşı Qaraxanov Roman Qurban oğludur. E. Poluxovun sözlərinə görə, artıq Azərbaycanın Minskdəki baş konsulu xəstəxanaya gedərək ona baş çəkib, vəziyyəti ilə maraqlanıb: "Minsk metrosunda partlayış zamanı xəsarət almış azərbaycanlının vəziyyəti yaxşıdır və sabah xəstəxanadan evə buraxılacaq".
Qeyd edək ki, aprelin 11-də Minsk metrosunun "Oktyabrskaya" stansiyasında baş vermiş partlayışda 16 nəfər ölüb, 180-dək şəxs isə yaralanıb.