Arxeoloqlardan qədim tapıntı

17 Mart 2020 13:32 (UTC+04:00)

Arxeoloqlar sirli fiqurlardan ibarət qədim bir əşya tapıblar. SİA xəbər verir ki, bu barədə phys.org məlumat yayıb.

Məlumata görə, Mərkəzi İranın Xomeyn bölgəsində aparılan tədqiqatlar zamanı arxeoloqlar bənzərsiz bir qaya rəsminə rast gəliblər. Nəzərə çatdırılır ki, qaya rəsmi 2017-2018-ci illərdə də qeydə alınıb. Lakin, alimlər o zaman qeyri-adi formasına görə rəsmi müəyyənləşdirə bilməyiblər.

Rəsm 14 santimetr ölçüdədir. Bir qrup arxeoloq və entomoloq belə nəticəyə gəlıblər ki, rəsmdə altı sayda ətrafın çəkilməsi naməlum bir müəllifin böcək təsvir etməyə çalışdığını göstərir. Entomoloqlar, təsvir edilən böcəyin Empusa aid olduğunu Afrika, Asiya və Cənubi Avropada tapılan bir artropod cinsinə aid edilə biləcəyini söyləyiblər.

İranda radioaktiv materialların istifadəsinə qoyulan qadağa səbəbindən elm adamları mağara rəsmlərinin dəqiq yaşını təyin edə bilmirlər. Bununla yanaşı, rəsmin 40 mindən 4 min il əvvələ qədər olan aralıqda yaradıldığı qənaətinə gəlinib.