"Koronavirus turizm və nəqliyyat kimi sahələrə ciddi təsir göstərəcək” Tahir Mirkişili

17 Mart 2020 13:22 (UTC+04:00)

“Bütün dünyada olduğu kimi bu virus Azərbaycanda da sahibkarlıq subyektlərinə təsirsiz ötüşməyəcək. Xüsusən turizm və nəqliyyat kimi sahələrə ciddi təsir göstərəcək”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi dövlət siyasətidir: “Bu vəziyyətdən sahibkarların ən az ziyanla çıxması üçün sahibkarların da bir-birinə tətbiq edəcəyi güzəştlər önəmlidir”.