Ağır yol qəzası baş verdi, ölən var

17 Mart 2020 13:12 (UTC+04:00)

Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 16-da saat 5 radələrində Hacıqabul şəhəri ərazisində Ağdam rayon sakini T.İmanov idarə etdiyi “VAZ-21015” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub. Nəticədə sərnişini Ağdam rayon sakini Çingiz İmanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.