İstiqlal Muzeyində dezinfeksiya işləri aparılır

17 Mart 2020 14:25 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş, "Koronavirus (COVİD-19) infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı"nın icrası ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyində sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.

SİA-nın məlumatına görə, virus təhlükəsi ilə bağlı muzeyin ekspozisiya zalları, inzibati otaqlar, fond otaqları dezinfeksiya olunur.