Avropa İttifaqına üzv olan 27 ölkənin dövlət və hökumət başçıları bu gün koronavirusa qarşı mübarizə ilə bağlı videokonfrans keçirəcəklər. Konfrans zamanı ittifaq ərazisinə səfərlərə məhdudiyyətlər təsdiq ediləcək.
SİA xəbər verir ki, bu təklifi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyaen səsləndirib. Onun sözlərinə görə, məhdudiyyət xaricilərin Avropa İttifaqında 30 gün müddətinə səfər etmələrinin dayandırılmasını nəzərdə tutur.