“Turizm haqqında” yeni qanun layihəsi nə vaxt müzakirəyə çıxarılacaq?

16 Mart 2020 12:32 (UTC+04:00)

“Turizm haqqında” yeni qanun layihəsi hazırdır. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Musa Qasımlı komitənin bu gün keçirilən iclasında məlumat verib.

O deyib ki, qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.