Milli Məclis koronavirusa görə sabah toplaşacaq

16 Mart 2020 11:59 (UTC+04:00)

Sabah- martın 17-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək. SİA-nın xəbərinə görə, sabah keçiriləcək plenar iclasında koronavirus (COVID-19) infeksiyası ilə mübarizə, yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər müzakirə olunacaq.

İclasın gündəliyinə uyğunlaşdırma xarakterli bir sıra qanun layihələrinin salınması da gözlənilir.