“YARAT”da bütün tədbirlər təxirə salındı

16 Mart 2020 10:46 (UTC+04:00)

“YARAT” Müasir İncəsənət Məkanı COVID-19 koronavirusunun yayılmasının qarşısının alınması məqsədilə aprel ayınadək bütün tədbirləri təxirə salıb. “YARAT”dan SİA-ya bildirilib ki, ölkədə vəziyyət stabilləşəndən sonra bütün sərgi və tədbirlər növbəti ayın müvafiq günlərində təqdim ediləcək.